2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, FİFA yekun "10-luğ"u açıqlayıb.
Dünyanın ən yaxşı məşqçisi olmağa namizədlər Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması) Fernando Santuş (Portuqaliya yığması) Xosep Qvardiola ("Bavariya”/"Mançester Siti”) Yurgen Klopp ("Liverpul”) Luis Enrike ("Barselona”) Maurisio Poçettino ("Tottenhem”) Klaudio Ranyeri ("Lester”) Dieqo Simeone ("Atletiko”) və Zinəddin Zidandır ("Real”). Göündüyü kimi, iddiaçılardan 3-ü yığma, 7-si klub məşqçisidir.
Xatırladaq ki, ilin ən yaxşı futbolçusu kimi, məşqçisinin da adı 2017-ci ilin yanvarın 9-da açıqlanacaq.