Türkiyənin "Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ankara təmsilçisi İbrahim Üzülməzi baş məşqçi postundan göndərdikdən sonra ona əvəzləyici tapıb.
Klub prezidenti İlhan Cavcav bu posta Ümit Özatı layiq bilib.
Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
81 yaşlı prezident təyinatla bağlı maraqlı açıqlama ilə yadda qalıb:
"Ümit Özatla daha əvvəl çalışdığımızı zənn edirdim. Yaşlanmışam artıq, zənnim düz çıxmadı. Sonra Ümitlə çalışmağa qərar verdim”.
Qeyd edək ki, Özat "Gənclərbirliyi”ndə kapitan olub.
















































































