
Bu yay "Sumqayıt”a transfer olunan Aqil Nəbiyev komandadan ayrılıb. Bu barədə
Sportnet.az-a klubun mətbuatdan xidmətindən xəbər verilib.
Səbəb isə təcrübəli müdafiəçinin komandada
qalmaq istəməməsi olub. Nəbiyev klub rəhbərliyinə müraciət edərək getmək
istəyini bildirib. Futbolçunun qərarı hörmətlə qarşılanıb və müqavilə
qarşılıqlı razılıq əsasında ləğv olunub.