Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığması ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroosun sağ ayağındakı barmağı qırılıb.
Nəticədə 26 yaşlı futbolçu 2-3 aylıq yaşıl meydandan uzaq qalacaq. Bu isə Kroosun ili vaxtından əvvəl başa vurmalı olması deməkdir. Toni artıq millinin heyətindən çıxarılıb. O, San-Marino yığması ilə qarşıdakı oyunda, habelə çempionatda "Barselona" və "Atletiko" ilə vacib matçlarda iştirak edə bilməyəcək.