Sabah Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçə mərhələsində 4-cü oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkinin yetirmələri Şimali İrlandiya yığmasının qonağı olacaq.
Bu, millimizin nəinki cari seçmə mərhələdə, ümumiyyətlə, 2016-cı ildə son matçı olacaq. Çünki ilin sonunadək yoldaşlıq görüşü də nəzərdə tutulmayıb. Milimiizn noyabrda demək olar meydana çıxmır. Çünki bu ayda tək illərdə pley-off matçları keçirilir ki, Azərbaycan heç vaxt ora vəsiqə qazanmayıb. Yeganə qarşılaşma 2012-ci ilin noyabrın 14-də məhz Şimali İrlandiya ilə səfər matçı olub ki, bu, 1:1 hesabı ilə nəticələnib. Rəqibin bərabərlik qolunu yalnız 6-cı uzatma dəqiqəsində vura bildiyini nəzərə alsaq, bu, bizim üçün qələbəyə bərabər nəticə olub.
Məlum olduğu ki, millimiz cari seçmə mərhələyə uğurlu başlayıb və tarixində ilk dəfə qrupda 2-ci yerdədir. Robert Prosineçkinin komandası nəinki uduzmayıb, qapısından top da buraxmayıb. Millimizin ən yaxın izləyicisinin 4 xalla məhz şimali irlandlar olduğudan, bu, qonşuların duelidir.
Milimiz üçün Belfastdakı qarşılaşmanı pley-offa düşmək uğrunda mübarizədə həlledici saymaq olar. Çünki qazanılacaq qələbə bu mübarizədə şansımızı xeyli artıracaq. Bu halda ən yaxın izləyicimizdən artıq 6 xal qabaq olacağıq. Yığmamızın həmin Şimali İrlandiya, Çexiya və San Marino ilə ev matçlarının qaldığını nəzərə almalıyıq.
Əslində, heç-heçə də pis nəticə sayılmayacaq. Çünki bu halda britaniyalılarla xal fərqini qorumuş olacağıq. Digər əsas rəqiblərimiz Çexiya ilə Norveçin öz aralarında oynayacağını nəzərə alsaq, xal itkisi qaçılmazdır. Deməli, onlardan ən azı biri büdrəyəcək.
Təbii ki, məğlubiyyət indiki halda heç arzuolunan deyil. Əvvəla, bu, yığmamızın ilk növbədə psixoloji durumuna mənfi təsir göstərəcək. Məğlubiyyət ruh yüksəkliyinin, özünəinamın aşağı düşməsinə səbəb ola bilər. Ən əsası, Şimali İrlandiya bizimlə xalları bərabərləşdirərək artıq bizi qabaqlayacaq. Bu da şəxsi oyuna görə üstün olacağı ilə bağlıdır.
Bu mənada Belfastdakı nəticə millimizin qrupdakı gələcək taleyinə mühüm təsir göstərə bilər. Azərbaycan növbəti il ilk matçımı evdə keçirsə də, bu, qrup lideri Almaniyaya qarşı olacaq. Martın 26-da keçiriləcək həmin matçda məğlubiyyətdən qaçmaq çox çətin olacaq. Bunda sonra da bizi ev oyunu gözləyir ki, rəqib məhz Şimali İrlandiyadır. Həmin oyun iyunun 10-da olacaq. Belə götürəndə Almaniyanı çıxsaq, şimali irlandlarla qoşa oyunlarda maksimum xal götürmək 2-ci pillədə qalmaq işimizi yaxşılaşdıra bilər.