
Zaqatala "Simurq"u daha 2 futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, bunlar Banas Adam və Ali Gökdəmirdir.
Adamla bir, Gökdemirlə 2 illik müqavilə bağlanılıb. Polşalı mərkəz müdafiəçisi "3" nömrəli forma ilə mübarizə aparacaq. Adamın keçmiş klubu "Zaqlembe" olub. Avstriya toplanışında özünü yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun rəğbətini qazanan müdafiəçi karyerasını ərzində ilk dəfə legioner həyatı yaşayacaq.
Gökdəmir isə Azərbaycan milli komandasının üzvüdür. O, ötən il icarə əsasında Türkiyənin "Elazığspor" klubunda forma geyinib. Gənc müdafiəçi Zaqatala təmsilçisinin heyətində "13" nömrəli forma ilə mübarizə aparacaq. Peşəkar futbolçu karyerasına Almaniya "Hannover"ində başlayan Gökdəmir əsas millimizin heyətində 10, U-21-də isə 3 dəfə meydana çıxıb.