Futbol üzrə Azərbaycan I Divizionunda XI turun daha 3 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, lider "Turan" yenə xal itirib.
Son turlar heç-heçələri sıralayan Əsgər Abdullayevin komandası bu dəfə MOİK-lə səfər matçında büdrəyib. Özü də 2:2 hesabı ilə nəticələnən matçda Tovuz klubu hər 2 halda tarazlığı bırpa etməli olub. "Göyəzən" cari mövsümdə ilk qələbəsini qazanaraq sonuncu pillədən qurtulması da turun əsas diqqətiçəkən məqamlarından olub.
13 noyabr
MOİK - "Turan Tovuz” - 2:2
Orxan Həsənov, 16; Məhəmməd Bədəlbəyli, 64 - Rəhman Musayev, 29-pen; 72
"Qaradağ Lökbatan” - "Mil-Muğan” - 0:1
Tofiq Mikayılov, 5
"Göyəzən” - "Bakılı” - 2:0
Arzuman Vəliyev, 29-pen, Azad Böyükkişiyev, 65













































































