"Ağsu" həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Biz də zirvəyə oynayırıq. Ona görə də rəqibimizi mütləq udmalı idik". Bu fikirləri Sportnet.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşına açıqlamasında "Zaqatala"nın futbolçusu Arzuman Nəsibov bildirib. Azərbaycan çempionatının I Divizionunda "Aösu" ilə bugünkü matç zaqatalılar üçün uğurlu alınıb.
Nəsivov 3:1 hesabl ilə qəlbəə qazandıqları oyunun çətin keçdiyini söyləyib: "Sonda hər şey bizim üçün yaxşı bitdi. Komandada ab-hava superdir. Çempionluğa oynayırıq. Premyer Liqada çıxış etmək istəyirik. Bunun üçün öz üzərimdə çalışıram".
Nəsiov bu matda həm qəhrəman, həm də antiqəhrəman olub. Belə ki, 46-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyan Arzuman bundan sonra qırmızı vərəqə alaraq meydandan çıxarılıb: "Həmin epizod penalti idi. Rəqib qapıçı meydanda etiraf etdi ki, həmin anda əli ilə mənə toxunub. Ancaq hakimin qərarına hörmətlə yanaşıram".
Seymur Kərimli, Zaqatala