1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Danışılmış oyun: Anar Niyazovun ilki və sonu, PFL-lə İntizam Komitəsinin səhvi - ARAŞDIRMA - VİDEO
AFFA-nın I Divizionda şübhəli oyunlar sırasına daxil etdiyi şübhə doğurmayan VII turun "Göyəzən" - "Şahdağ" matçı ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
Sportnet.az-ın araşdırması nəticəsində görüşün baş hakimi Anar Niyazovun bu mövsüm ilk və yeganə oyununu məhz oktyabrın 21-də Qazax şəhər stadionunda idarə etdiyi müəyyənləşib. Rəsmi protokola əsasən, cəmi 30 nəfərin izlədiyi qarşılaşmada ona Yaşar Abbasovla Şakir Quliyev yan xətt, Sərxan İsmayılov 4-cü hakim qismində yardımçı olub. Hakim-inspektor funksiyasını isə Vahid Hüseynov yerinə yetirib.
Niyazov meydan sahiblərindən Ziyabil Məmmədova (dəq. 39), qonaqlardan isə Habil Nurəhmədov (dəq. 79), İqrar Səmədov (dəq. 81) və Faik Ağakərimova (90+2) sarı vərəqə göstərib. Onların hamısı qeyri-idman hərəkətinə görə cəzalanıb. 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşdə qollar 5 dəqiqəlik zaman kəsiyində vurulub. Meydan sahiblərindən Zahid Sadıqov (dəq. 74), qonaqlardan isə Ramil Mansurov (dəq. 78) fərqlənib. Baş hakim ilk yarıda oyuna 1 dəq, ikinci hissədə isə 3 dəqiqə artırıb.
Məlum olduğu kimi, danışılmış oyunlarda şübhəli bilinən futbolçulardan 5-i "Şahdağ"ın, 3-ü "Göyəzən"in üzvüdür. Onlar haqda məlumatlar isə belədir:
"Göyəzən” (Qazax)
Arzuman Vəliyev - kapitandır, 29 yaşı var, yarımmüdafiəçidir, 57-ci dəqiqədə oyuna girib.
Orxan Əsgərov - 22 yaşı var, yarımmüdafiəçidir, 90 dəqiqə meydanda olub
Tunar Şahtaxtinski - 21 yaşı var, müdafiəçidir. 90 dəqiqə meydanda olub
"Şahdağ” (Qusar)
Kamran Ağakərimov - 19 yaşı var, müdafiəçidir, 90 dəqiqə meydanda olub.
İqrar Səmədov - kapitandır, 25 yaşı var, müdafiəçidir, 90 dəqiqə meydanda olub
Tofiq Səfiyev - 22 yaşı var, qapıçıdır, 90 dəqiqə meydanda olub.
Mahiddin Ağamov - 25 yaşı var, müdafiəçidir, sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Faik Ağarəhimov - 24 yaşı var, yarımmüdafiəçidir, 90 dəqiqə meydanda olub.
Səhv kimindir: PFL-in, yoxsa İntizam Komitəsinin?
Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunan komandaların sifariş ərizələrində və oyun protokollarında Faik Ağarəhimov yox, Ağakərimov soyadlı futbolçuya rast gəlinir. Eyni zamanda Tofiq Səfiyevin adı Tofik, soyadı Şəfiyev kimi yazılıb. "Şahdağ" klubu rəhbərliyi ilə dəqiqləşdirmə aparılarkən məlum olub ki, əslində İntizam Komitəsinin qərarında göstərildiyi kimi, 24 yaşlı yarımmüdafiəçinin soyadı Ağarəhimovdur və onun 19 yaşlı müdafiəçi Kamran Ağakərimovla heç bir qohumluğu yoxdur. 22 yaşlı qapıçının ad-soyadı isə Tofiq Səfiyev yox, iştirak ərizəsində göstərildiyi kimi, Tofik Şafiyevdir və o, əslən rusiyalıdır. Şafiyev X turda evdə "Ağsu"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra meydana çıxmayıb.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev nə mövsümöncəsi komandaların sifariş ərizələrində, nə də İntizam Komitəsinin qərarlarında göstərilən futbolçuların ad-soyadlarının dəyişdirildiyini bildirib. O, qaranlıq məsələni bu gün işdə dəqiqləşdirəcəyini əlavə edib.
Adil Mahmudov: "Heç bir oyunçudan şübhələnmirəm"
"Şahdağ"ın həmin oyunda baş məşqçisi olmuş Adil Mahmudov Sportnet.az-a açıqlamasında heç bir oyunçusundan şübhələnmədiyini bildirib: "Kiminsə haqqında nəsə deyib-danışmaq istəmirəm. Ona görə ki, artıq "Şahdağ"da işləmirəm. Hamısı ilə sağollaşıb çıxmışam. "Şahdağ"ın oyunçuları hər zaman meydana qələbə üçün çıxıb. Artıq orada olmadığım üçün mənə bir çox söz-söhbət maraqlı deyil. Şafiyevi X turdan sonra meydana buraxmamağıma səbəb isə söz-söhbətlərdən uzaq saxlamaq istəyim və burnundan zədəli olmasıdır".
Qeyd edək ki, Adil Mahmudov noyabrın 17-də "Turan Tovuz"a səfərdə 0:1 hesabı ilə uduzduqları XII tur matçından sonra istefa verib.