Bu gün "Qarabağ" Avropa Liqasının qrupunda V turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu Liberetsdə "Slovan"ın qonağı olub.
Qurban Qurbanovun komandası bu matçda pley-offa çıxmasını rəsmiləşdirmək şansına malik olsa, bunu qaçırıb. Təmsilçimiz meydanı ağır məğlubiyyətlə tərk edib - 0:3.
Bununla da "Qarabağ" ardıcl 3-cü mövsüm qrupdan çıxmaq şansını son tura saxlayıb. Hələ ki 1/16 finala yüksələ bilməyən Ağdam klubu qrupda mübarizəni dekabrın 8-də İtaliyanın "Fiorentina" klubu ilə ev oyunu ilə bitirəcək. Florensiya təmsilçisi qrupdan çıxmağını hələ rəsmiləşdirməyib. İki vəsiqə uğrunda mübarizənin nəticəsi son turda bilinəcək. "Qarabağ"a məqsədinə çatmaq üçün qalib gəllmək lazımdır.
"Qarabağ"ın son turda heyətlə bağlı ciddi problemləri olacaq. Çünki kapitan Rəşad Sadıqovla yanaşı, Maksim Medvedevlə ispaniyalı Migel Madera da son turda meydana çıxa bilməyəcək. Buna səbəb həmin 2 futbolçunun Liberetskdəki qarşılaşmada aldıqları 3-cü sarı vərəqə nəticəsində cəzalı duruma düşmələridir.
24 noyabr
22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: Eqon Vuç, 11, Nikolay Komliçenko, 56-pen, 63
Baş hakim: Stefan Yohannesson
Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San Marino)
UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)
Liberets. "U Nisi" stadionu