Türkiyənin "Beşiktaş" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda Portuqaliya "Benfika"sı ilə evdə göstərdiyi nəticə ilə Belçika "Anderlext"inin rekordunu təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, İstanbul təsmilçisi ilk hissəni 0:3 hesablı məğlubiyyətlə başa vursa da, ikinci hissədə geri dönüş edə bilib.
Şenol Güneşin komandası ikinci 45 dəqiqədə 3 qol vuraraq  meydandan 1 xalla ayrılıb - 1:1.
Azərbaycanın "Qəbələ" klubunun Avropa Liqasının C qrupundakı rəqibi olan "Anderlext" də 2 il bundan əvvəl Çempionlar Liqasında eyni ssenari ilə çıxış edib. Qrup mərhələsində səfərdə İngiltərə "Arsenal"ı ilə qarşılaşan "Arsenal" oyunun 60-cı dəqiqəsinə qədər hesabda geridə olub - 0:3. Lakin qalan yarım saat ərzində Belçika klubu 3 top vurub və oyun heç-heçə başa çatıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































