"Qəbələ"nin xorvatiyalı futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsində "Anderlext"ə 1:3 hesabı ilə uduzduqları ev oyunundan sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu necə dəyərləndirərdin?
- Çox təəssüf ki, bu gün uduzduq. Halbuki oyunda qalib gəlməli idik, məğlub olmalı yox. Belə alındı, bu, üzücüdür.
- Penalti epizodunu nəzərə alsaq, bəxtimizin gətirmədini demək olarmı?
- Olar. Penaltini vursaydıq, hesab 2:1 xeyrimizə olacaqdır. Onda oyun başqa cür olardı və qalib gələcəkdik.
- Hansı futbolçumuz penalti zamanı cərimə meydanına daxil oldu ki, zərbə yenidən vuruldu?
- Bilmirəm. Mən görmədim. Hər penaltini buna görə təkrar vurmaq olar. Çünki hər zərbədə belə hallar olur. Əlbətə, diqqəlti olmalıyıq. Çox təəssüf ki, bu şansı əldən buraxdıq.
- Son turda Almaniyaa "Maynts"a qarşı oynayacağımı nəzərə alsaq, yəqin ki, qrupda mübarizəni 6 məğlubiyyətlə başa vuracağıq...
- İniddən bir şey deyə bilmərəm, baxarıq. Bəlkə onda da da yaxşı oynadıq. Sadəcə. bu dəfə bəxt bizim tərəfdə deyildi.
- Tribunalar da boş idi...
- Heyf ki, çox fanat gəlmədi. Kim oyuna gəldisə, yaxşı futbol gördü.
- Çempionatın növbəti turunda "Qarabağ"la oyunadək bərpa oluna biləcəskiniz?
- Bunu etməliyik. Çünki bizim üçün vacib matçdır və qalib gəlməliyik.
- Baş məşqçiniz Roman Qriqorçuk matçdan öncə demişdi ki, bizə "Qarabağ"a qalib gəlmək daha vacibdir, nəinki "Anderlext"ə. Bu fikirlə razısan?
- Bəli. Qış fasiləsinə lider yollanmaq şansımız var. Sadəcə, bunun üçün "Qarabağ"a qalib gəmək laızmdır. Buna nail olsaq, hər şey normal olacaq.
- Sergey Zenyovdan sonra daha bir hücumçunuz - Baqali Dabo da zədə üzündən sıradan çıxıb. O, "Qarabağ"a qarşı oynayamacaq...
- Əlbəttə, Dabo yaxşı oynayır. Sadəcə, zədəsinin vəziyyətini bilmirəm.
- Özü açıqlamasında bildirib ki, oynamayacaq...
- Onda bizə çətin oacaq. Çünki Baqali yaxşı futbolçu, güclü hücumçudur.