1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Boavişta"nın baş məşqçisi: "Hakim təmiz qolumuzu saymadı"
"Futbolçularımızın meydanda göstərdiyi oyundan razı oldum, ancaq nəticədən yox. Çünki meydanı məğlub tərk etməyə bilərdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Lil bildirib.
Ölkə çemponatının XI turunda evdə "Sportinq"ə 0:1 hesabı ilə uduzduqları matçı dəyərləndirən mütəxəssis fərqli hissələr izlədiklərini söyləyib: "İlk hissədə elə də yaxşı oynamadıq. Ancaq fasilədən sonra səhvlərimzi düzəldə bildik. Xüsusilə də sonda aşkar üstünlüyə malik olaraq oyunumuzu artırmışdıq. Məqsədimizə çatmaq üçün bütün gücümüzlə çalışdıq. Ancaq təəssüf ki, bu, nəticədə öz əksini tapmadı. Biizm uzun, çətin yolumuz var. Ancaq biz uğurla irəliləməyə çalışacağıq".
Lil baş hakimin qərarından şikayətlənib. Onun fikrincə, referi təmiz qollarını saymayıb: ""Mən buna şübhə etmirəm. Hesab 1:1 olmalı idi. Çünki biz qol vursaq da, bu, sayılmadı. Top qapıya daxil olmuşdu. "Sportinq"in qapıçısı Ruy Patrisiu topu içəridən çıxarmışdı. Ancaq baş hakim bunu təsdiqləmədi".
Qeyd edək ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu matçda "Sportinq"ə qarşı 90 dəqiqə oynayıb. Yarımmüdafiəçi Emin Mahmudov isə 75-ci dəqiqədə meydana daxil olmaqla "Boavişta"da debütünü reallaşdırıb.