"Neftçi"nin azarkeşləri doğma komandalarının növbəti məğlubiyyətindən hiddətləniblər.
Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, Gəncəyə "Kəpəz"lə matça gələn "Forza "Neftçi" fan-klubunun üzvləri matçdan sonra komandanın təcrübəli futbolçuları Mahir Şükürov və Cavid İmamverdiyevlə emosional şəkildə söhbətləşiblər.
Hətat azarkeşlərdən biri futbolçulara "Bu oyuna mobil telefonumuzu satıb gəlmişik. Kişiliyiniz, qeyrətiniz olsun. Düz-əməlli futbol oynayın" deyib.
Məsələyə polislər müdaxilə edəərək tərəfləri sakitləşdirib. Klub rəsmiləri də mübahiəsnin böyüməsinə imkan verməyib və azarkeşlər stadiondan uzaqlaşdırılıb.
Seymur KƏRİMLİ, Gəncə