1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dabonu yaxalayan tapıldı
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında sensasiya qeydə alınmayıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqa təmsilçilərinin hamısı birinci dizivion klubları ilə cütlərdən qalib ayrılıblar.
Özü də 6 oyunda güclülər dəstəsi komadalarının inamlı qələbələri (4-ü böyükhsabla) qeydə alınıb. "Zirə"nin I dizivionun lideri "Turan Tovuz"la səfər matçında çətin qələbə qazanacağı gözlənilirdi ki, qonaqların qələbə topunu yalnız sona 10 dəqiqə qalmış vurmaları buna sübutdur.
Gözlənilənlərin əksinə olaraq "Qəbələ" "Zaqatala" ilə ev oyununda qalib gəlməkdə böyük çətinliklə üzləşib. Təsadüfi deyil ki, meydan sahibləri hesabda 2 dəfə üstün olsa da, bunu əldən veriblər və cütün qalibi yalnız oyunsonrası penaltilərdə müəyyənləşib. Burada Avroliqadakı təmsilçimizin üstünlüyü açkar olub - 4:1.
Bununla da kubokda mübarizə yalnız Premyer Liqa təmsilçiləri ilə davam edəcək və birinci divizion komandasının turnirin qalibi ola bilməməyi yenə reallaşıb.
1/8 final matçları eyni zamanda məhsuldarlığı ilə diqqət çəkib. Keçirilən 8 oyunda 30 qol vurulub. Fərqlənənlər araısnda het-trik müəllifi olmasa da, dubla imza atanlar yetərincə olub. Bunlar "İnter"dən millimizin də üzvləri olan Ruslan Abışovla Rauf Əliyev, AZAL-dan gürcü hücumçu David Canelidze ilə "Qarabağ"da cənubi afrikalı həmkarı Dino Ndlovu olub.
Abışovun çempionatda 5 dəfə fərqləndiyini nəzərə alsaq, onun hesabında cai mövsümdə artıq 7 qol var. Bu qədər isə Premyer Liqanın bombardiri Baqali Dabo fərqlənib ki, fransalı hücumçu kubok matçını kənardan izləyib. Deməli, Abışovun Daboya çatması nəticəsində 2016/17 mövsümündə artıq şərikli bombardirlər var.
Qeyd edək ki. dekabrl 6-da toyu olacaq Abışov "İnter"də, Dabo isə Azərbaycanda debüt mövsümünü keçirir.