1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İlin qalibləri -2016" layihəsinin icrasına başlanılıb
İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb. "İlin qalibləri-2016" adlanan layihənin baş sponsoru "İtaldizain Group", informasiya dəstəkçiləri isə "Report" agentliyi və Sportnet.az portalıdır.
İlkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək:
1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (futbol və digər növlər üzrə);
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);
8. İlin idman jurnalisti.
Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası dünya çempionatının isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır.
Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.