Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti dəfə yüksək etimad qazanıb. Sportnet.az-ın məlumatıma görə, 29 yaşlı referi UEFA -nın I kateqoriyasına keçib. Bu haqda "Xəzər TV"in əməkdaşı Ceyhun Rzayev "Facebook"dakı şəxsi səhifəsində yazıb.
Bununla da Azərbaycan futboluna ilk belə halı gerçəkləşdirən Ağayev daha məsul oyunlara təyinat almaq imkanına malikdir. Bunlar Çempionlar Liqasının qrup və pley-off matçlarıdır. Əliyar cari mövsümdə Avropa Liqasının qup mərhələsində 3 oyunda baş hakim molub.
Qeyd edək ki, Ağayev 2013-cü ildən FİFA referisi dərəcəsini daşıyır.