"Neftçi"nin futbolçusu Fəhmin Muradbəylinin Sportnet.az-a müsahibəsi
- AZAL-la matçda daha çox hücum edən tərəf olsanız da, məğlub oldunuz. Səncə, nəticə oyuna görə oldu?
- Bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. "Zirə" ilə kubok oyunundan sonra bütün fikrimizi bu matça yönətlmişdik. Meydana 3 xal üçün çıxmışdıq. Çempionatın bu ilə olan hissəsini qələbə ilə başa vurmaq istəyirdik. Ancaq olmadı, qismət belə imiş. Çoxlu şansımız oldu, ancaq istofadə edə bilmədik. Elə mənim özümün də yaxşı qol fürsətim oldu. Təəssüf ki, bundan yararlana bilmədim.
- Bu oyunun həlledici anı, qırılma nöqtəsi oldumu?
- Bəli. Belə düşünüərm ki, həmin epiozd qırılma anı oldu. Düzdür, biz komandayıq, uduzanda hamının səhvi olur. Ancaq bugünkü oyunda ən böyük səhvi özümdə görürəm. Qol vurmağı çox istəyərdim. Ancaq belə olmalı imiş. Hamı matça yaxşı hazırlaşmışdı. Meydanda bütün gücümüzü qoyduq. Deməzdim ki, AZAL-dan zəif oynadıq.
- Səncə, rəqib qələbəyə layiq idimi?
- AZAL-ı qələbə münasibətilə təbrik edirəm. Yaxşı kollektivdir. Başabaş oyun omadı Biz bir az üstüm oyndıq. Ancaq rəqib də yaxşı təsir bağışladı. Qol vurub qalib gəliblərsə, deməli, layiq idilər.
- Sevinirsənmi ki, bu, ilin son turu oldu? Çünki son tur olmasaydı, AZAL sizi turnir cədvəlində keçə də bilərdi..
- Yox, buna sevinmirəm. Heç kim məğlubiyyətə görə sevinə bilməz. Bunun fərqi yoxdur ki, mövsüün ilk, yoxsa son oyunudur. Biz də futbolçuyuq. Gərək düşünməliyik ki, 1-2 turda xal itirsək, AZAL isə qalib gəlsə, bizi keçə bilər.
- Səncə, komandanın artırması üçün qışda çox dəyiçiklik olmalıdır?
- Mən futbolçuyam. Başımı aşağı salıb işimi görürəm. Bu, rəhbərliyin işidir, ona qarışa bilmərəm.
Mehman SÜLEYMANOV