Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir” klubu heyətinə yeni futbolçularla bərabər yeni məşqçilər də cəlb edir. Sportnetaz-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycanın ikiqat çempionu Mehman Yunusovdan sonra Rauf Mehdiyevi məşqçilər korpusunda yer verib. 40 yaşlı keçmiş qapıçı birinci divizion təmsilçisi ilə bu gün müqavilə imzalayıb.
Mehdiyev "Şəmkir”də baş məşqçi Qəhrəman Əliyevin qapıçılarla işləyən məşqçi kimi köməkçisi olacaq. Hər iki keçmiş futbolçu bu komandada Q.Əliyevin rəhbərliyi altında oynayıb və ardıcıl çempionluqlarda iştirak edib. Fərq ondadır ki, həmin 1999/00 və 2000/01 mövsümlərində baş məşqçi Ağasəlim Mircavadov olub.
Qeyd edək ki, Mehdiyev karyerasını bitirdikdən sonra yığmada qapıçılarla işləyən məşqçi olub.