FİFA 4 milli komandanı cərimələyib. Sportnet.az-ın məlumatına görə, bunlar Böyük Britaniya təmsilçiləri - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olub.
Həmin yığmalar 2018-ci il dünya çempionatının seçmə mərhələsinin noabrda keçirilən qrup matçlarında futbolkalarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxıblar. Özü də Şimali İrlandiya yığması bundan Azərbaycan milli komandasına 4:0 hesabı ilə qalib gəldiyi ev oyununda istifadə edib
FİFA bu əlaməti siyasi rəmz hesab etdiyindən onun idman geyimində əks olunmasına icazə vermir. Bu səbəbdən dünya ali futbol qurumu həmin assosiasiyalara qarşı iş açmışdı ki, bu da gözlənildiyi kimi, intizam sanksiyalarının tətbiq edilməsi ilə nəticələnib.
İngiltərə 35 min, Şotlandya ilə Uels hərəyə 15,5 min funt sterliqn cərimə ödəməli olacaq. Ən az cərimə millimizin rəqibinə kəsilib - 12 min funt sterlinq. FİFA-nın İntizam Komitəsinin sədri Klaudio Sulser bildirib ki, həlak olan əsgərlərin xatirələrini hörmət edirlər, ancaq belə rəmzlərə futbol meydançasında yer yoxdir.
Qeyd edək ki, Böyük Britaniyada xatirə günü Şimali İrlandiya - Azərbaycan matçının keçirildiyi noyabrın 11-dir.