1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mənim də iddialarım böyükdür"
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev "Neftçi"dən "Qəbələ"yə keçidi ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın rəsmi saytına açıqlamasında "Qəbələ”ni Azərbaycanın ən iddialı və ən güclü klublarından biri adlandırıb.
"Komandanın həm Azərbaycan çempionatı, həm də ölkə kubokunda böyük hədəfləri var" deyən Abdullayev özünün də iddialı olduğunu vurğulayıb: "Yeni klubuma uğurlar qazanmağa kömək etməyə çalışacam. İnanıram ki, "Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan "Neftçi” klubuna da təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.
Qeyd edək ki, Araz Abdullayev "Qəbələ"nin ilk qış transferidir.