1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tobol" ikiqat çempionumuzla oynayacaq
Qazaxıstanın "Tobol" klubu Azərbaycan çempionatının I Divizion təmsilçisi lə qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, bu, qış fasiləsinə 3-cü pillədə yollanan "Şəmkir"dir.
Omari Tetradzenin baş məşqçisi olduğu Kostanay təmsilçisi Antalyadakı təlim-məşq toplanışında aşağı liqa komandamızla qüvvəsini sınayacaq. Matç yanvarın 18-də keçiriləcək.
"Tobol"un rəsmi saytı "Şəmkir"in tanıtmasına yer verib: "Şəmkir şəhərinin eyniadlı komandası 1997-2004-cü illərdə şəhrə zirvəsində idi. Bu müddətdə iki dəfə çempion, iki dəfə gümüş, bir dəfə bürünc medalçı olub. Şəmkirlilər bundan sonra maddi problem üzündən zirvədəki liderlik mövqeyini itirib. Ardından isə klub ümumiyətlə, fəaliyyətini dayandırıb. Buna baxmayaraq, "Şəmkir" Çempionlar Liqasının və UEFA kubokunun təsnifat mərhələsində iştirak edib. 2010-cu ildə klub bərpa olunub və I Divizionda çıxış edir. Hazırda komanda turnir cədvəlində 3-cü yerdə gedir".
Xatırladaq ki, "Şəmkir" sabah Qazaxıstanın digər təmsilçisi - "Kıran"la oynayacaq.