1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz ilk qələbəsini İran üzərində qazandı - YENİLƏNDİ
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-16-cı yerlər uğrunda mərhələdə bu gün İran komandası ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayıb.
Matç yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qəbələ topunun müəllifi milliləşdirilən türkiyəli yarımmüdafiəçi Doğukan Öksüz olub.
Bu, Təbriz Həsənovun baş məşqçisi olduğu yığmamızın turnirdə ilk qələbəsi olub. Komandamız qrupda keçirdiyi 3 oyunda yalnız 1 heç-heçə sayəsində 1 xal toplayaraq qrupda sonuncu yeri tutmuşdu. 9-cu yer uğrunda mübarizəsini davam etdirən U-19 yığmamızın növbəti rəqibi daha sonra bilinəcək.
15 yanvar
15:15. Azərbaycan - İran - 1:0
Qol: Doğukan Öksüz, 77