1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Kamran Ağayev: "Mən bunu həzm edə bilmədim"
"Hazırda klubda vəziyyət yaxşıdır. Son matçda oyun boyu irəlidə idik, ancaq bəxtimiz gətimədi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının və "Boavişta"nın qapıçısı Kamran Ağayev "Benfika" ilə 3:3 hesablı heç-heçə etdikləri Portuqaliya çempionatı matçından sonra AFFA-nın "Facebook" səhifəsinə açıqlamasında deyib.
O bildirib ki, Lissabon təmsilçisi dünyada tanınmış, Avropada sözünü demiş komandadır: "Belə rəqibdən 1 xal almaq da yaxşı nəticədir. Ümumiyyətlə, ab-hava yaxşıdır, heç bir problem yoxdur. Komandama bağlıyam və onun uğurları üçün çalışıram".
Ağayev görüşdən sonra baş vermiş xoşagəlməz olaylara da toxunub: "Hamı deyir ki Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hissləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn, Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə, futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət elədiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa, xalqımdan üzr istəyirəm. Əlbəttə, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq, nəzərə almaq lazımdır ki, "Benfika" çempionluğa oynayan komandadır. 65000 azarkeşin önündə 3 top geridə olmaları və sonra qalib gələ bilməmələri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı".
Təcrübəli qapıçı "Neftçi"yə transferi ilə bağlı xəbərlərin doğru olmadığını da vurğulayıb: "Bu məsələ ilə bağlı danışığımız olmayıb. Hazırda "Boavişta"nın üzvüyəm, mövsümün sonuna qədər müqaviləm var. Mövsümün sonunda nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm".