Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" oyununu meydan sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatdı. Oyundan sonra "Bakı" klubunun futbolçusu Nuran Qurbanov fikirlərini Sportnet.az-a bölüşüb.
"Oyun gərgin olsa da, çox maraqlı keçdi. Son zamanlar komandada bəzi problemlər yaşandı, təcrübəli futbolçuların getdi deyə biraz çətinliklər vardı. Lakin bunlara baxmayaraq "Neftçi”yə qarşı yaxşı mübarizə apardıq. Meydanda bütün gücümüzlə vuruşduq. Düzdür, məğlub olduq. Ancaq hələ çempionat qabaqdadır. Heyətdə gənclər çoxdur və zamanlar bir-birimizə uyğunlaşıb, öz oyun üslubumuzu tapacağıq".
Qeyd edək ki, "Bakı" klubu maddi sıxıntı yaşadığı üçün futbolçuların maaşını ödəməmişdi və buna görə əsas heyətin oyunçuları klubdan ayrılmışdılar. "Bakı"nın çempionatda iştirak edəcəyi isə bir neçə gün öncə bəlli oldu.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |