
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9 - 12-ci yerlər uğrunda mərhələdə bu gün Estoniya komandası ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb 3:0.
Qolları Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev vurub. Yığmamız turnirdə son oyununu yanvarın 20-də Belarusa qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Valentin Qranatkin turniri
20:00. Estoniya - Azərbaycan - 0:3
Qollar: Pilağa Mehdiyev, 4. Doğukan Öksüz, 41. İbrahim Əliyev, 87
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanlı sülh bağlayıb - 2:2. 9-16-cı yerlər uğrunda ilk görüşdə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.