"Neftçi” komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya I Divizionunda mübarizə aparan "Tosno” klubu olub.
"Bellis Deluxe” otelinin meydanında baş tutmuş və Neftçi TV vasitəsilə canlı yayımlanmış görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Azərbaycan təmsilçisindən qolları Ramon Kordoza (17-ci dəqiqə) və Murad Ağayev (90+1-ci dəqiqə - pen.) vurublar.