
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı futbol hakimləri bu gün 3 oyunda idarəçilik edəcəklər. Sportnet.az-ın məlumatına görə, FİFA referisi Rəhim Həsənov Bakının "Neftçi" və Rusiyanın "Tosno" klubları arasında keçiriləcək görüşdə ədaləti bərpa edəcək.
Yoxlama oyunları
17 yanvar
"Tosno" (Rusiya) – "Neftçi" (Azərbaycan)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov
"Akjayık" (Qazaxıstan) – "Almalık" (Özbəkistan)
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Yaşar Abbasov
"Şəmkir" (Azərbaycan) – "Okjetpes" (Qazaxıstan)
Hakimlər: Emin Nağıbəyov, Mübariz Haşımov, Mehman Mamudov