
Türkiyənin Antalya bölgəsində Premyer Liqanin ikinci hissəsinə hazırlaşan "İnter" klubu bu gün növbəti yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniyanın "Botoşani" komandası olub.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. "İnter"in yeganə qolunu 75-ci dəqiqədə Mirsahib Abbasov vurub.
Zaur Svanadzenin rəhbərlik etdiyi komanda Antalyadakı ilk yoxlama görüşünü Qazaxıstanın "Ordabası" klubuna qarşı keçirib. Həmin görüş qolsuz bərabərliklə başa çatıb.
Yoxlama oyunu
18:00. "İnter" - "Botoşani" - 1:1
Bakı təmsilçisinin növbəti rəqibləri sabah Tacikistanın "İstiqlol", ayın 21-də isə Rusiyanın "Orenburq" klubu olacaq.