
Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Zaur Svanadzenin rəhbərlik etdiyi komanda Tacikistan "İstiqlol"u ilə üz-üzə gəlib.
Görüş "bankirlər"in qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan qolları Mirhüseyn Seyidov və Pərdis Fərcad-Azad vurub. Svanadze bu görüşdə əsas heyət üzvlərindən əksəriyyətinə istirahət verib.
Qeyd edək ki, "İnter" əvvəlki iki yoxlama matçında Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz, Rumıniya "Botoşani"si ilə isə 1:1 hesablı heç-heçə edib.
Yoxlama oyunu
18:00. "İnter" - "İstiqlol" - 2:1
"İnter"in start heyəti: Orxan Sadıqlı, Adrian Skarlatake, Abbas Hüseynov, Fuad Bayramov, Mirhüseyn Seyidov, Məmməd Quliyev, Sertan Taşkın, Qara Qarayev, Aqşin Quluzadə, Mirsahib Abbasov, Pərdis Fərcad-Azad.
Qeyd edək ki, "İnter" sonuncu yoxlama oyununu yanvarın 21-də Rusiyanın "Orenburq" klubuna qarşı keçirəcək.