Braziliyalı futbolçu Dario Federiko "Kəpəz"in heyətində məşqlərə qoşulub. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev açıqlama verib.
O, bildirib ki, 26 yaşlı yarımmüdafiəçi atasının səhhəti ilə əlaqədar düşərgəyə komanda yoldaşlarından gec gəlib: "Ailəsində böyük itki olmasa, Dario heç yerə getməyəcək. Hələ 3-4 ay əvvəl maaşını vaxtından tez istədi ki, atasının xəstəxana xərclərini ödəsin".
Ş.Diniyev futbolçunun "Kəpəz"də onun rəhbərliyi altında oynamaq istəməməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bunların hamısı boş və əsassız söhbətlərdir. Nə oldu, bəs gəlmirdi?"