Azərbaycanlı hakimlər Antalya təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarında idarəçilik ediblər. Sportnet.az-ın məlumatına görə, Qazaxıstan klublarının matçlarında referilərimiz penalti qərarları ilə diqqət mərkəzinə düşüblər.
"Arsenal" (Rusiya) - "Şaxtyor" (Qazaxıstan) qarşılaşmasının baş hakimi olan Orxan Məmmədov 90-ci dəqiqədə Tula klubunun qapısına penalti təyin edib. Karaqanda təmsilçisi bundan maksimum istifadə edərək qələbə topuna imza atıb. "Arsenal"ın rəsmi saytının matçın onlayında baş hakimizin qətiyyətlə penalti nöqtəsini göstərdiyi və rusların bu qərardan narazı olmadığı bəlli olur.
Sabiq FİFA rererisi O.Məmmədova yan xətdə Vaqif Musayevlə Mehman Mahmudov yardımçı olub.
Qazaxıstan "Kaysar" klubu da azərbaycanlı hakimin penalti qərarı ilə qol vurub. Bu, gənc referi Rəvan Həmzəzadə olub. Özü də Qızıl Orda təmsilçisi 3:1 hesabı ilə qlaib gəldiyi matçda 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb. Həmzəzadənin briqadasında yan xətt hakimləri Zeynal Zeynalovla Eışad Abdullayev olub.
Qazaxıstan təmsilçisi "Okjetpes" isə Rusiyanın I divizion klubu "Yenisey"ə 1:2 hesabı ilə uduzub. Bu oyunda baş hakim Elvin Əsgərova Rza Məmmədovla Yaşar Abbasov kömək edib.