1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin Antalyada son oyuna hazırlığı
2016/17 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ” təlim-məşq toplanışının 13-cü gününü yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri bu gün iki hazırlıq keçib.
İlk hazırlıq nəzəri məşğələdən ibarət olub. Bu, günün ilk yarısına təsadüf edib. Günün ikinci yarısında isə "qırmızı-qaralar” axşam məşqinə çıxıb. Komanda toplu çalışmalarla məşq edib. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.
"Qəbələ” sabah Antalya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. "Qırmızı-qaralar”ın 4-cü matçdakı rəqibi Makedoniyanın "Şkendiya” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, komandamız bunadək Albaniyanın "Partizani” (1:2), Rumıniyanın "Qaz Metan” (1:0) və Qazaxıstanın "Ordabası” (0:0) klubları ilə görüşüb.