
Qadınlardan ibarət "Volfsburq” klubu Avropanın ən güclü komandası adını qazanıb. Sportnet.az-ın məlumatına görə, Almaniya təmsilçisi Çempionlar Liqasının final görüşündə İsveçin "Türese” klubunu 4:3 hesabı ilə məğlub edib. "Volfsburq” ardıcıl 2-ci dəfədir ki, ÇL-in qalibi adını qazanır.
Qeyd edək ki, 2001-ci ildən təşkil edilən qadınlar arasında Çempionlar Liqasını hamıdan çox, digər Almaniya təmsilçisi "Ayntraxt” qazanıb.