
"Qəbələ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu, Kristian Pulhakdır.
30 yaşlı cinah oyunçusu "orango.ro"ya açıqlamasında bildirib ki, dekabradək qüvvədə olan anlaşmasını öz istəyi ilə pozub: "Hesab edirəm ki, bu, qərarın ən yaxşısıdır. Müqaviləm dekabrda başa çatmalı idi, amma mən elə indidən evə qayıtmağı üstün tutdum. Hazırda bir neçə klubla danışıqlar aparıram".
Qeyd edək ki, Kristian Pulhak "Qəbələ"də 2013-cü ilin yanvarından çıxış edirdi. Daha öncə əyalət klubu Nizami Hacıyevlə yollarını ayırdığını, Dodonu isə əvəzedici komandaya göndərdiyini açıqlayıb. Amma Pulhakın gedişi barədə rəsmi məlumat hələ verilməyib.