1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bursaspor"dan təklif almamışam"
Türkiyəli məşqçi Yılmaz Vural "Bursaspor"da Hamza Hamzaoğlunun gedişindən sonra boş qalmış baş məşqçi postuna gələcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, Vural heç bir təklif almadığını bildirib.
O, hazırda İtaliyada tətildə olduğunu deyib: "Adımn "Bursaspor"la yanaşı hallanır. Ancaq heç bir təklif almamışam. Jurnalist dostlar və azarkeşlər zəng edir. Klubla adımın hallanması mənim üçün şərəfdir. Yenidən Super Liqada çalışmaq istəyərəm".
Y.Vural baş məşqçilik karyerasında "Antalyaspor", "Konyaspor", "Ankaragücü", "Manisaspor", "Kocaelispor", "Kasımpaşa", "Sakaryaspor", "Elazığspor", "Mersin İdman Yurdu", "Osmanlıspor", "Karabükspor" klublarında çıxış edib.
Qeyd edək ki, "Bursaspor" Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlıdır.