Bakı "İnter"inin "Sumqayıt"dan aldığı futbolçulardan biri Topaz Premyer Liqasının III turunda keçmiş komandasına qarşı oynamayacaq. Klubdan Sportnet.az-a verilən məlumata görə, bu, Mirzağa Hüseynpurdur.
24 yaşlı yarımmüdafiəçi hələ zədəsini tam sağaltmayıb. "Sumqayıt"ın daha 2 keçmiş futbolçusuna gəldikdə, Məhəmməd Mirzəbəyov və Abdulla Abatsiyev hazırda formadadır və meydana çıxmalarında heç bir problem yoxdur. Hüseynpurdan əlavə, Elvin Məmmədov da meydana çıxmayacaq. "Bakı"nın sabiq yarımmüdafiəçisi hazırda komanda ilə birgə məşqlərə başlasa da, tam formaya düşməyib.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" matçı avqustun 24-də keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |