
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, komanda XVIII turda evdə "Haydenhaym"a 2:1 hesabı ilə qalib gəlib.
69-cu dəqiqədə meydanda daxil olan Nazarov qələbə topunun müəllifi olub. Yarımmüdafiəçi 90+1 dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Aue" 18 turdan sonra 16 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alıb.