
"Qış fasiləsindən sonra ilk oyunlar həmişə ağır olur. AZAL-ın da turnir cədvəlinin son pilləsində olmasına baxmayaraq, əzmkar və çətin rəqib olduğunu bilirdik. Bu oyuna çox ciddi hazırlaşmışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov AZAL-a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Gənc mütəxəssis əzmkar oyun sayəsində qələbə qazandıqlarını bildirib: "Birinci hissədə komanda hücumda istədiklərimizi etməyi bacardı. Üçünzü qolu da vurmaq imkanımız var idi və bu baş versəydi daha rahat olacaqdı. Fasilədən sonra rəqibin qol vurması oyunumuza da təsir etdi. Ancaq futbolçularımız sona qədər əzmkar mübarizə apardılar və qələbə qazandıq. Bununla belə, çatışmazlıqlar var və onların üzərində işləyəcəyik”.