
"Qəbələ"nin rəsmi "Facebook" səhifəsi Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçından sonra eyhamlı paylaşım edib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" "Azərsun Arena"dakı 1:1 hesablı heç-heçədən sonra ilk pilləni əldən vermələrinə qeyri-adi reaksiya verib.
Səhifədə paylaşılan statusda yazılıb: "Məlum səbəblərdən komandamız yenidən ikinci pillədədir".
Statusda AFFA-nın "Facebook" səhifəsi də tag olunub və AFFA, PFL, Fair Play, Premyer Liqaya Ədalət, Ədalətli futbol sözləri həştaqlarla vurğulanıb.