
Türkiyənin "Göztəpə" klubu "Qarabağ"ın sabiq legioneri Leroy Corcla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, birinci liqa təmsilçisi hollandiyalı yarımmüdafiəçi ilə danışıqlardan sonra müqavilənin qarşılıqlı razılıqla pozulduğunu açıqlayıb.
Corc 2015-ci ilin ortalarından çıxış etdiyi klubda Türkiyə Kuboku da daxil olmaqla, 41 oyunda 7 qol vurub.
Xatırladaq ki, "Göztəpə"yədək "Qarabağ"da 1 il oynayan Leroy Corc "qızıl dubl"a imza atıb, Avropa Liqasının qrup mərhələsində iştirak edib.