1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Subotiç üçün əlamətdar gün və xüsusi rəqəm
Daniel Subotiçin "Qəbələ"yə dönüşü özü üçün əlamətdar günə təsadüf edib. Sportnet.az-ın məlumatına görə, bu gün isveçrəli hücumçunun ad günüdür.
1989-cu ilin yanvarın 31-də dünyaya gələn Subotiçin 28 yaşı tamam olur. Onun "Qəbələ" də daxil olmaqla bir sıra klublarda daşıdığı "31 nömrə", qolunda 31 rəqəminin əks olunduğu tatuaj məhz bununla bağlıdır.
Subotiçin vətəndaşlığı ilə bağlı da maraqlı məqam var. Məsələ ondadır ki, futbolçu bir neçə ölkəyə bağlıdır. Keçmiş Yuqoslaviyada, hazırda Xorvatiyanın paytaxtı olan Zaqrebdə dünyaya gələn forvard milliyyətcə bosniyalıdır və İsveçrə vətəndaşıdır. Serbiya vətəndaşlığını da nəzərə alsaq, o, ikili vətəndaşlığa malikdir.