1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rafael Santos "Kyevo"ya getdi
"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Santos İtaliyaya yollanıb. Bu haqda Sportnet.az-a klubun həkimi Roman Jolobaylyuk məlumat verib.
Ukraynalı tibb mütəxəssisi müdafiəçinin tibbi müayinədən keçdikdən sonra cərrahiyyə əməliyyatının harada olacağı ilə bağlı yekun qərarın veriləcəyini söyləyib.
Antalya təlim-məşq toplanışında yoxlama oyununda diz nahiyəsində meniskindən zədə alan Santosun əməliyyatı üçün 2 variant - İtaliyanın paytaxtı Roma və Almaniyanın Münhen şəhəri olsa da, seçim hələ edilməyib. Jolobaylyuk bunu belə əsaslandırıb: "Bildiyiniz kimi, Münhen klinikasındakı həkimlərə Rafaelin zədəsi ilə bağlı lazımı məlumatları göndərərək onların cərrahi müdaxilənin zəruri olması ilə bağlı cavab almışdım. Ancaq Santos əlavə müayinə olunmaq da istədi və bu məqsədlə İtaliyaya yollanmağı üstün tutdu. O, bu gün səfərə çıxıb. Ancaq Romaya yox, Veronaya. Məsələ ondadır ki, Rafael braziliyalı olsa da, İtaliyanın Verona şəhərində yaşayır. Futbolçunun yerli "Kyevo"nun həkimləri ilə yaxşı əlaqəsi var və zədəsini onlara da göstərəcək. Artıq bundan sonra futbolçumuzun İtaliyada qalıb əməliyyat olunacağı, yoxsa bu məqsədlə Almaniyaya üz tutacağı dəqiqləşəcək".
Qeyd edək ki, 33 yaşlı Rafael Santos 2009/2010 mövsümündə İtaliyanın "Bolonya" klubunda icarə əsasında 2 oyun keçirib.
Mehman SÜLEYMANOV