"Qarabağ" Azərbaycan Premyer Liqasında 66 günlük həsrətə son qoyub. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu ötən ilin noyabrın 29-dan bu yana çempionatda ilk dəfə qalib gəlib. Bununla da Qurban Qurbanovun komandası 2 turdan sonra yenidən qələbə sevinci yaşayıb. Bu, AZAL-la az öncə yekunlaşan səfər matçında 2:1 hesabı ilə qazanılıb. Özü də yerli futbolçular Maksim Medvedevlə Coşqun Diniyevin vurduğu qollarla əldə olunan qələbə əzmkar olub.
Premyer Liqanın lideri sonuncu dəfə XIII turda da 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu, "Qəbələ" ilə ev oyununda baş vermişdi. "Qarabağ"ən onda ən yaxın izləyicisini çətinliklə məğlub etmişdisə, bu dəfə son pillənin sahibini önündə problemlər yaşayıb. Onu da nəzərə alaaq ki, AZAL ilk hissənun uzatma dəqiqələrində malili futbolçusu Sadio Tounkara qırmızı vərəqə aldığına görə ikinci hissəni azlıqda keçirməli olub və rəqibi hər 2 qolu həmin vaxt vurub.
"Qarabağ" cari mövsümdə ən böyükhesablı qələbəsini "Əlincə Arena"da məhz AZAL üzərində qazanıb - 6:0. IV tur çərçivəsində həmin matç "təyyarəçilər"in ən böyükhesablı məğlubiyyəti olub. Maraqlıdır ki, sentyabrın 9-da keçirilən həmin matçı da artıq sabiq FİFA referisi olan Orxan Məmmədov idarə edib.
Xatırladaq ki, Ağdam təmsilçisi son 2 turda evdə "İnter"lə 0:0, "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.