1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sezar Meza Kolli: "Ən yaxşısı hakimlərə fikir verməməkdir" - MÜSAHİBƏ
"Zirə"nin legioneri Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XVI turundan "Kəpəz"lə oyundan sonra müsahibə verib. Hücumçu Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Sən meydandan qovulandan sonra komandanız 28-ci dəqiqədən azlıqda oynamalı oldu...
- Düşünürəm ki, komanda çox yaxşı mübarizə apardı. Bizim üçün ən vacibi 3 idi ki, onu da qazandıq. Çox məmnunam. Komanda ilə fəxr edirəm.
- Orda nə baş vermişdi ki, baş hakim ona qırmızı vərəqə göstərdi?
- Yalnız onu xatırlayıram ki yerə yıxıldım və ayağa durandan sonra baş hakim mənə qırmızı vərəqə göstərdi.
- Maraqlıdır ki, nə özün, nə də komanda yoldaşların buna çılğın etiraz etdi...
- Artıq qərar verilmişdi. Baş hakim qırmızı vərəqə göstərəndən sonra nə ədə bilərdim ki? Bundan sonra etirazın mənası idi.
- Son vaxtlar hakimliklə bağlı narazılıqlar var. Bugünkü matçda da iki qırmızı vərəqə göstərildi. Sən idarəçilyi necə dəyərləndirirsən?
- Ən yaxşısı meydanda hakimlərə çox da fikir verməməkdir. Bu, sırf kəskin etirazlar baxımındandır. Düşünürəm k, hakimlər tərəfindən balanslaşdırılmış siyasət yeritmək lazımdır.
- Bunu deyəndə, nəyi nəzərdə tutursan?
- Məsələn, bizə qarşı nəsə yanlış qərar olsa belə, hakimin üzərində çox getmək lazım deyil.
- "Zirə" ikinci hissədə aşkar "vur qabağa" prinsipi ilə oynadı. Komandanın gücü çatmadı, yoxsa qələbəni əldən verməklə bağlı psixoloji gərginlik vardı?
- Əvvəl qeyd etdiyim kimi, ən vacibi 3 xal qazanmaq idi. Meydanda 10 nəfərlə qalmağımız o anlaşa gəlir ki, daha çox müdafiə haqda fikirləşməli idik. Sonadək hesabı qorumalı idik ki, buna da nail olduq.
- "Zirə" ilə "Qarabağ"ın bir yerdən idarə oluması haqda məlumatlar dolaşır. Gələn tur da bu komanda ilə görüşəcəksiniz. Komanda özünü sübut emək üçün həmin oyunda güc sərf edəcəkmi, yoxsa deyilənləri bir növ təsdiq edəcək?
- Bu barədə heç bir şey deyə bilmərəm. Çünki özüm də bu matçı təəssüf ki, buraxacağam. Növbəti günlərdə bu oyunu dəyərləndirə bilərəm.
- "Qardaşlaşmış komanda" olmaqla bağlı deyilənlərlə bağlı fikirlərin necədir?
- Meydandan kənarda belə münsibət ola bilər. Ancaq meydanda sır mübarizə gedəcək. Özünüz da bilrirsiz ki, "Qarabağ"a qarşı çox çətin olur.