"Sumqayıt" klubu Premyer Liqanın XVI turunda Rail Məlikovun xidmətindən yararlana bilməyəcək. Sportnet.az-ın məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin cəzalı duruma düşməsidir.
Məlikov XVI turun son oyununda "İnter"lə matçın 59-cu dəqiqəsində sarı vərəqə alıb. Bu, təcrübəli müdafiəçinin 4-cü xəbərdarlığı olduğundan cəzalı duruma düşüb.
"Sumqayıt"ın digər müdafiəçisi, kapitanı Vurğun Hüseynov da eyni problemlə üzləşib. Onun 5-ci dəqiqədə aldığı sarı cari vərəqə bu çempionatda 4-cü olub.