Rusiya Azərbaycana 2019-cu ildə avrokuboklarda final oyununu keçirməklə bağlı mübarizədə rəqibi ola bilər. Sportnet.az-ın məlumatına görə, bu ölkənin futbol ittifaqının prezidenti Vitali Mutko həmin ildə Çempionlar Liqasında və ya Avropa Liqasında həlledici matçı qəbul etməklə bağlı sifariş ərizəsinin vermələrinin mümkünlüyünü təsdiqləyib.
Daha öncə Moskva MOİK-inin baş direktoru Roman Babayev bildirmişdi ki, UEFA Superkubokunu yeni stadionda keçirmək istəyirlər. Ancaq bu, 2019-cu ildən tez nəzərdə tutulmayıb.
Mutkonun sözlərinə görə, məsələ ilə söhbət aparmayıblar: "Ancaq bu imkanı müzakirə edəcəyik. Onu demək istəyirəm ki, stadionlara müəyyən kriteriyalar var".
2019-cu ildə avrokuboklarda final oyunununa iddiaçılarla bağlı prosesi ötən ilin dekabrın 9-da start götürüb. Bununla bağlı ərizələrin son qəbulu iyunun 6-dək olacaq. Final oyunlarının ev sahibləri bu ilin sentyabrında açıqlanacaq.
Xatırladaq ki, AFFA UEFA-ya 2018/19 mövsümündə Çempionlar Liqasında və Avropa Liqasında final oyunununu qəbul etməklə bağlı Bakı Olimpiya Stadionunu sifariş edib.