1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: "Portuqaliyada qalmayacağam" - VİDEO
Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq.
Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır. Ağayev CBC Sport-a açıqlamasında "18-liyə" düşməsinin belə, sual altında olduğunu bildirib: "Çünki bir az ağrılarım var. Ağrılarıma görə, normal məşq edə bilmirəm. Ona görə, ola bilər, heyətdən kənar qalım. Bir az toparlanmam lazımdır".
Həmyerlimiz hazırda "Boavişta"nın "1 nömrəsi"nə çevirilmiş Vaqner da Silvanın əvəzləməyin çətin olacağını deyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq Ağayev Portuqaliya klubunda qalmayacaq: "Təbii ki, müqaviləni uzatmaq istəmirəm. Bundan sonra komandada oynamağım, əsas heyətdə meydana çıxmağım çox çətin olacaq. Menecerimlə əlaqə saxlaycağam, o nə məsləhət görsə, elə edəcəyik. Yəni onlara başa saldım ki oynamadığıma görə, müqaviləni uzatmayacağam. Məlumdur ki, oynamağım çox çətin olacaq. Yəqin ki, ehtiyatda oturacağam. Təbii ki, rəqabət aparacağam. Amma bu günkü gündə reallıq budur ki, ehtiyatda qalacağam".
Yığmamızın qapıçısı TOP-5 ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavişta"nın buna görə, çox pul istədiyini deyib: "Transfer pəncərəsi açıq olan vaxt yaxşı komandalardan təkliflər var idi. "Boavişta" böyük məbləğ istədi, gedişimə görə. Ona görə başqa kluba keçə bilmədim".