1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" və "İnter" üçün yubiley oyunu
"Qarabağ" və "İnter" komandaları arasında yubiley oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu kollektivlər Azərbaycan Premyer Liqasının XX turunda 50-ci dəfə üz-üzə gələcəklər.
Əvvəlki 49 çempionat görüşündə Ağdam klubunun aşkar üstünlüyü var. "Qarabağ" 21, "İnter" isə 11 oyundan qalib ayrılıb. Son çempion top fərqində də öndədir - 54-31.
Bu komandaların son 5 matçda meydan sahibi uduzmayıb. Ardıcıl 15 səfərdə qalib gəlməyən "İnter” 5 oyundur rəqib meydanında qol vura bilmir.
Lakin cari birincilikdə baş tutan iki matçın ümumi nəticəsində "ağ-göylər" üstündür. İlk dövrədə "Qarabağ"ı evdə 2:1 hesabı ilə məğlub edən Zaur Svanadzenin yetirmələri, ikinci dövrədə də uduzmayıb - 0:0
Qeyd edək ki, "Qarabağ" - "İnter" görüşü fevralın 28-də keçiriləcək. "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 17:30 start götürəcək.