
AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının (HNS) prezidenti Davor Şuker ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, görüşdə iki milli assosiasiya arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi seçki platformasını HNS prezidentinə təqdim edib.